“Land of Fire-Azerbaijan” dünya kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib



Yanvarın 27-də İsveçrənin Sankt Moritz şəhərində keçirilən qarüstü polo üzrə 38-ci dünya kuboku yarışlarının ilk turuna yekun vurulub.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildiriblər ki, turun ilk oyununda “Land of Fire-Azerbaijan” komandası “Flexjet” ilə qarşılaşıb. Görüş komandamızın 5:3,5 hesablı qələbəsi ilə başa çatıb və təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

Komandamız qələbəsini bu gün Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr edib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə vəqf və dərnəklərindən İrandakı terror aktı ilə əlaqədar BƏYANAT

SONRAKI XƏBƏR

İsraildəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib