Konor Makqreqoru maşın vurdu

Konor Makqreqoru maşın vurdu<span class="qirmizi"></span>

Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor gündəlik velosiped sürərkən onu avtomobil vurduğunu bildirib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, irlandiyalı idmançı bu haqda yazıb:

“Məni arxadan maşın vurdu. Sürücünün günahı yoxdur. Onun gözləri günəşdən kor olub. O, tam sürətlə mənə tərəf gəlirdi.

Allaha şükür vaxtım hələ gəlməyib. Güləş və cüdo sayəsində – yıxılmaq mənim həyatımı xilas etdi".

Nik adlı sürücü döyüşçünü maşınla vurduqdan sonra evə gətirib.

“Nik məni vurdu və indi o, məni velosipedi ilə evə aparır. Allaha şükürlər olsun ki, mən hələ də buradayam və vacib olan budur”, – deyə Konor Makqreqor əlavə edib.

Mənbə: lent.az