"Kəpəz" daha bir futbolçu ilə yolları ayırdı

"Kəpəz futbolçusu Mixeil Erqemlidze ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Həmçinin "Kəpəz" Əfran İsmayılov və Rauf Əliyevlə də sözləşmənin ləğv olunduğunu rəsmən açıqlayıb. Daha əvvəl Ə.İsmayılov Qol.az-a açıqlamasında özünün və Rauf Əliyevin karyeralarını başa vurduqlarını bildirmişdi.

Qeyd edək ki, , Mixeil, Əfran və Rauf ötən ilin yayından Gəncə təmsilçisinin formasını geyinirdilər.

Əlavə edək ki, daha əvvəl "Kəpəz" Peyman Keşavarzi, Əli Səmədov, Zahid Mərdanovla yolları ayırıb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Antalyada meşə yanğını başlayıb

SONRAKI XƏBƏR

S&P: “Çinin COVID-19 məhdudiyyətlərindən imtinası turizmi, neft və metal qiymətlərinin artımını stimullaşdırır”