"Qarabağ" dünyanın "Top-5"-də - İki göstərici üzrə

"Qarabağ" dünyanın "Top-5"-də - İki göstərici üzrə<span class="qirmizi"></span>

Milli çempionatlarda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”da dünyanın ən yaxşılar sırasındadır.

Qurban Qurbanovun yetirmələri iki göstəricidə “Top-5”-də qərarlaşıb. Ağdam klubu həm ümumi, həm səfərdəki məğlubiyyətsizliyi ilə planetin öndə gedənlərindən biridir.

“Qarabağ” Premyer Liqada 39 matçdır uduzmur. Ağdamlılar sonuncu dəfə ötən mövsüm - 2021-ci ilin oktyabrında “Səbail”ə uduzub. Bu, dünyada 2-ci göstəricidir. Yalnız “Srvena Zvezda” daha uzun seriyaya malikdir. Belqrad təmsilçisi Serbiya çempionatında 43 oyundur uduzmur.

Səfərdəki yenilgisizlikdə "Qarabağ" 4-cüdür. "Atlılar" 19 oyundur qonaq getdiyi qarşılaşmalardan məğlub dönmür. Bu siyahıda “Darul Takzim” hamıdan öndədir. Malayziya təmsilçisinin seriyası 48 matçdan ibarətdir. “Srvena Zvezda” 22, TNS 21 oyunluq göstərici ilə “üçlük”dədir.

Heybət

Mənbə: publika.az