Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək<span class="qirmizi"></span>

Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.

Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.

Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.

Mənbə: report.az