"Real Madrid" hakimlərə təzyiq göstərməkdə ittiham olunur

"Real Madrid" hakimlərə təzyiq göstərməkdə ittiham olunur<span class="qirmizi"></span>

“Atletiko”nun baş direktoru Migel Anxel Gil Marin “Real Madrid”i hakimlərə illərlə təzyiq göstərməkdə ittiham edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, baş direktor narazılığını belə ifadə edib:

“Hakimlər, səhv edərək Real Madridi incitsələr, onları nə gözlədiyini bilirlər. Real Madrid üçün, onlara zərər verənlərə qarşı kampaniya aparmaq adi haldır”.

O, komandasının uğursuzluqlarına bəhanə axtarmadığını, bununla belə, İspaniya kubokunda “Real Madrid”lə oyunda hakim qərarlarının “Atletiko”nun futbolçularını incitdiyini qeyd edib.

Yanvarın 27-nə keçən gecə İspaniya kubokunun 1/4 finalında “Real Madrid” doğma meydanda “Atletiko Madrid”i 3:1 hesabı ilə məğlub edib. Qonaqların narazılığı görüşün 71-ci dəqiqəsində “Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyosun meydandan qovulmasından sonra başlayıb. Belə ki, artıq sarı vərəqəsi olan futbolçu cərimə meydançasında kobudluq edib. O, oyundan çıxandan sonra isə əvəzində “Atletiko”nun müdafiəçisi Stefan Saviç bir neçə dəqiqə ərzində iki vərəqə alaraq, əlavə vaxtda meydandan qovulub.

Qeyd edək ki, “Real Madrid” hazırda İspaniya liqasında yalnız “Barselona”dan sonra ikinci, “Atletiko” isə dördüncü yerdədir. 2022-ci il noyabrın 1-də klub Çempionlar Liqasında ilk dəfə qrupunda sonuncu yeri tutaraq antirekordunu müəyyənləşdirib. Komanda ÇL-da beş xal toplayıb.

Mənbə: lent.az