Mourinyodan İngiltərədə işləyəcəyi haqda xəbərlərə münasibət

"Roma"nın baş məşqçisi Joze Mourinyo yaxında İngiltərə Premyer Liqasına qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət biildirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bu məlumatları şayiə adlandırıb:

“Mən sualı başa düşürəm, amma bunu mənə yox, kluba vermək lazımdır. Gənc olanda komandanın daxili işləri ilə bağlı mətbuata danışa bilirdim, amma yetkinlik mənə daha səviyyəli və daha az eqoist olmağa kömək edir.

Demək istərdim ki, niyə bəzilərinin mənim Premyer Liqanı, digərlərinin isə Premyer Liqanın məni istədiyini dediyini başa düşmürəm. Mən heç nə istəmirəm, sadəcə bu günü yaşayıram. Hansısa klub mənimlə danışmaq istəsə, mən həmişə hazır olacağam. Ancaq indi gələcəyim haqqında deyil, yalnız "Roma" haqqında düşünürəm".

Qeyd edək ki, Mourinyo İngiltərədə "Mançester Yunayted", "Çelsi", "Tottenhem" kimi komandaları çalışdırıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Başakşehir"dən yeni transfer

SONRAKI XƏBƏR

Rusiya XİN Ərdoğan haqqında: “Xüsusi “kalibrli” lider”