"Barselona" minimal hesabla qalib gəldi

"Barselona" minimal hesabla qalib gəldi<span class="qirmizi"></span>

İspaniya La Liqasında 19-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, "Barselona" bu turda "Jirona" ilə qarşılaşıb. Oyun Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 61-ci dəqqiqədə Pedri vurub.

90+4-cü dəqiqədə isə "Jirona"nın futbolçusu Miçel qırmızı vərəqə alıb.

Qeyd edək ki, "Barselona" 18 oyundan sonra turnir cədvəlində 47 xalla 1-ci, "Jirona" isə (19 oyun) 21 xalla 12-cidir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Mənbə: qol.az