300 gimnastın iştirakı ilə "Victory cup" yarışı keçirildi - FOTO

300 gimnastın iştirakı ilə "Victory cup" yarışı keçirildi - FOTO<span class="qirmizi"></span>

28-29 yanvar tarixlərində “Sports box” klubunun təşkilatçılığı ilə 1-ci “Victory cup (Zəfər yarışı)” adlı açıq birincilik keçirilib.

Yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Küveyt və BƏƏ ümumilikdə 300-dən artıq gimnast iştirak edib.

Azərbaycanı bu yarışda “Sports box” klubunun üzvləri ilə yanaşı paytaxt Bakıdan və bölgələrimizdən olan 6 klub təmsil edib.

Açılış mərasimində Milli məclisin deputatı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, vətənpərvərlik ruhunda mahnıları ilə məşhur olan Şeron qrupu və şəhid anaları iştirak etmişdir.

Yarışı giriş sözü ilə açan klubun direktoru Leyla Musayeva iştirakçıları və ölkəmizin qonaqlarını salamlamış, onlara uğurlar diləmişdir.

Leyla xanım çıxışında bildirmişdir ki, bu gün ölkəmizdə bədii gimnastikaya olan maraq günü-gündən artır.

O, birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədii gimnastikanın inkişafına yönələn sonsuz diqqətindən söhbət açmış, idmançılarımıza göstərdiyi qayğıdan böyük minnətdarlıq hissi ilə danışmışdır.

“Sports box” klubunun fəaliyyətindən söz açan klubun direktoru Leyla xanım bildirmişdir ki, məşqçi və gimnast heyəti qarşıdan gələn respublika əhəmiyyətli çempionatlarda iştirak etmək üçün var qüvvələri ilə çalışırlar.

Bu yarışlarda iştirak etmək hüququ qazanmaq üçün artıq avqust ayından Azərbaycan Gimnastika Federasiyasına və Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini də vurğulamışdır.

BAKU.WS

Mənbə: baku.ws