Dani Karvaxal “Barselona” ilə qarşılaşmalardan danışıb

Dani Karvaxal “Barselona” ilə qarşılaşmalardan danışıb<span class="qirmizi"></span>

“Real Madrid”in müdafiəçisi Dani Karvaxal İspaniya Kuboku uğrunda “Barselona” ilə qarşılaşmalardan danışıb. SİA-nın əldə etdiyi məlumata görə, komandalar turnirin yarımfinalında iki oyun keçirəcək - mart və aprel aylarında.

“Bu mərhələdə favorit yoxdur. Finala çıxmaq üçün ən yaxşı oyunumuzu göstərməliyik. Uzun müddətdir ki, İspaniya kubokunu qazanmırıq. Bu kubok “Real Madrid”lə aldığım ilk kubok idi. Ümid edirəm ki, bu il də qalib gələcəyik”, - deyə Karvaxal bildirib.

Nazlı Almuradova

Mənbə: sia.az