"İdman elə siyasət deməkdir..."
"ABŞ-ın Olimpiya Oyunlarından ehtimal edilən imtinası Beynəlxalq Olimpiya Komitəsi üçün dəhşətli ssenaridir..."
"Mən dünyada korrupsiyadan uzaq, yeni idman alyanslarının yaradılmasını hiss edirəm..."
Polşa və Böyük Britaniya Rusiya və Belarusu 2024-ü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında iştirak etməyə imkan verməmək məqsədilə koalisiya yaratmaq əzmindədir.
Moderator.az xəbər verir ki, bu barədə Polşanın idman naziri Kamil Bortniçuk bəyan edib. Məlumatı "sport-express" nəşri yayıb.
Bortniçuk deyib ki, Rusiya və Belarus yığmaları dördilliyin əsas yarışlarında iştirak edəcəyi təqdirdə Polşa, Böyük Britaniya və adları çəkilməyən bir sıra ölkələr Beynəlxalq Olimpiya Komitəsinə ultimatum verərək Olimpiadanı boykot edə bilər.
Nazir izah edib ki, ultimatumun irəli sürülməsi koalisiyaya elə ölkələrin daxil olmasından asılıdır ki, onlarsız Oyunların səviyyəsi kəskin surətdə aşağı düşəcək.
"Ciddi desək, mən belə imkan barəsində xəbərdarlıq etmişəm. Əvvəlcə bu, futbolda sınaqdan keçirilib. Polşa, Çexiya və İsveç yığmalrı bəyan edib ki, Rusiya yığması kənarlaşdırılmasa, Qətərdə futbol üzrə dünya çemionatının seçmə oyunlarında iştirak etməyəcək".
Sonra əvvəllər Varşava Müqaviləsinə daxil olan ölkələrin klubları imtina etdilər.
"Olimpiya koalisiyası"nın mümkün iştirakçıları kimi dünyanın aparıcı dövlətlərini, ilk növbədə ABŞ-ı nəzərdə tutmaq olar.
ABŞ-ın Oyunlarda iştirakdan ehtimal edilən imtinası BOK üçün ən dəhşətli ssenaridir. Bu, həm Oyunlara marağın azalması, həm də sponsorların mümkün imtinasıdır.
"Amma mən burada sponsorun imtinasından daha ciddi problem görürəm.
Mən dünyanın əsas strukturlarında kardinal strateji dəyişikliklərin qoxusunu duyuram. BOK, FİFA və UEFA-nı nəzərdə tuturam. Qlobal dəyşikliklərin qoxusunu. Yeni strukturların yaradılmasını.
Mən bilirəm ki, ilkin mərhələdə onlar dünya idmanında çoxdan kök salan qaniçən idman məmurlarından xilas olacaq.
Hiss edirəm ki, yeni alyanslar dövrü gələcək. Burada dəhşətli korrupsiyaya yer olmayacaq. Burada "İdman siyasətdən kənardır" ifadəsi istisna ediləcək. Bu, mümkün deyil, çünki idman elə siyasət deməkdir", - o, vurğulayıb.