“Əl-Əhli” klublararası dünya çempionatının ikinci mərhələsinə yüksəlib

“Əl-Əhli” klublararası dünya çempionatının ikinci mərhələsinə yüksəlib<span class="qirmizi"></span>

Misirin "Əl-Əhli" komandası klublararası dünya çempionatının ilk tur matçında Yeni Zelandiyanın "Ouklend Siti" klubunu məğlub edib.

"Report" xəbər verir ki, Tanjerdə (Mərakeş) keçirilən görüş Afrika yığmasının 3:0 (1:0) hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Hüseyn Əl-Şakat (45+2), Mərvan Şerif (56) və Persi Tau (86) vurub.

İkinci hissəyə əlavə edilmiş 7-ci dəqiqədə Adam Mitçelə (“Oakland Siti”) qırmızı vərəqə verilib.

İkinci turda “Əl-Əhli” Amerikanın “Sietl Saunders” komandası ilə, Mərakeş “Vidad”ı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la qarşılaşacaq. Oyunlar fevralın 4-də keçiriləcək.

Madrid “Real”ı və Braziliyanın “Flamenqo” komandaları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar. Turnir Mərakeşdə keçirilir. Final fevralın 11-də baş tutacaq.

Mənbə: report.az