Azərbaycan millisinin hücumçusu "Bazel"lə oyunda fərqlənib

Azərbaycan millisinin hücumçusu "Bazel"lə oyunda fərqlənib<span class="qirmizi"></span>

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" klubunda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu "Bazel"ə qarşı ölkə kubokunun 1/8 final mərhələsinin oyununda fərqlənib.

Dadaşov 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, rəqibinə 3:5 hesabı ilə uduzan "Qrasshopper" mübarizəni dayandırıb. Renat Dadaşov 2022-ci ilin yayında İsveçrə klubuna keçib. Forvard komandanın heyətində bu mövsüm 5 qola imza atıb.

Mənbə: report.az