İdman direktoru: “Onu “Qarabağ”la oyunda görüb bəyənmişik”

İdman direktoru: “Onu “Qarabağ”la oyunda görüb bəyənmişik”<span class="qirmizi"></span>

“Kvabena Ovusunu “Qarabağ”la Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüb bəyənmişik”.

“Report” xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun idman direktoru Tamaş Haynal qış transfer dönəmində “Qarabağ”dan transfer etdikləri Kvabena Ovusu barədə danışarkən deyib.

Onun sözlərinə görə, III təsnifat mərhələsində məhz “Qarabağ”la qarşılaşmada qanalı hücumçunun performansını bəyəniblər: “Bizimlə görüşdə onun oyunu marağımıza səbəb oldu. Həmin vaxtdan da çıxışını diqqətlə izlədik”.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında Bakıda baş tutan ilk görüşdə Kvabena Ovusu Macarıstan klubunun qapısına qol vurub.

Mənbə: report.az