Xavi: “Yetirmələrim qələbəyə acdırlar”

Xavi: “Yetirmələrim qələbəyə acdırlar”<span class="qirmizi"></span>

İspaniya çempionatının 17-ci turunda səfər oyununda “Betis” üzərində qələbəni (1:2) şərh edən “Barselona”nın baş məşqçisi Xavi Ernandes futbolçuları haqqında yüksək fikirlər səsləndirib.

“Biz öz üzərimizdə yaxşı işləyirik və düzgün yoldayıq. Komanda hər qarşılaşmada döyüşür və öz oyunundan həzz alır. Mənim yetirmələrim qələbəyə acdırlar”, - Kataloniya klubunun baş məşqçisi bildirib.

Məlumat üçün qeyd edək ki, 17 turdan sonra “Barselona” 50 xalla La Liqada lideridir. “Real” rəqibindən səkkiz xal geri qalır (42 xal). Lakin Madrid təmsilçisinin ehtiyatda bir oyunu var.

 

Mənbə: www.oxu.az