Məşhur məşqçinin cazibədar qızı dinc dayanmır- İndi də... - FOTOLAR

Məşhur məşqçinin cazibədar qızı dinc dayanmır- İndi də... - FOTOLAR<span class="qirmizi"></span>

Bu mövsüm “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluq uğrunda “Liverpul”dakı həmkarı Yurgen Kloppla deyil, tələbəsi, “Arsenal”ı çalışdıran Mikel Arteta ilə mübarizə aparır.

İşdə, evdə, ümumiyyətlə hər yerdə çox çalışan, daim işini fikirləşən Pep ən böyük dəstəyi ailəsindən görür. Həyat yoldaşı Kristina 30 ildən çoxdur onun yanındadır. Kataloniyalı mütəxəssisin uğurlarında xanımının da rolu az deyil.

Qvardionın üç övladı var - qızları Mariya, Valentina və oğlu Marius. 23 yaşlı Maria ailənin böyük uşağıdır. O, "Mançester Siti"ni fəal şəkildə dəstəkləyir. Atasının illik qazancı 23 milyon avro alsa da, Maria boş dayanmır. O, “İnstaqram”dan əlavə pul qazanır, hesabında bir sıra məhsulları reklam edir.

Maria bununla yanaşı, şəxsi həyatı ilə də gündəmə gəlir. O, hazırda icarə əsasında “Beşiktaş”da çıxış edən Dele Alli ilə münasibətdə olub. Bu məsələdən Pep də xəbərdar olub. Mütəxəssis mətbuat konfransların birində bu məsələ ilə bağlı danışıb və futbolçuya “ilişib”:

"Çempionlar Liqasını qazansaq, medalımı qızıma verəcəyəm. O da həmin medalı bu təcrübəni daha öncə yaşamamış, heç bir medala toxuna bilməyən sevdiyi biri ilə paylaşa bilər”.

 

Maria bu günlərdə yenə dinc dayanmır. O, atasının "Siti"dəki sevimli futbolçularından olan Erlinq Haalanda xüsusilə azarkeşlik etdiyini və norveçli futbolçuya simpatiyasının olduğuinu açıqlayıb.

Heybət

Mənbə: publika.az