Azərbaycanın futzal yığması dünya reytinqindəki mövqeyini qoruyub

Azərbaycanın futzal yığması dünya reytinqindəki mövqeyini qoruyub<span class="qirmizi"></span>

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlindəki mövqeyini qoruyub.

“Report”un məlumatına görə, Alesio Da Silvanın kollektivi ötən ilin dekabrında açıqlanan reytinqdə olduğu kimi, bu dəfə də 14-cü pillədə qərarlaşıb.

Yığmanın aktivində 1384 xal var.

Siyahıya Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1794 xala malikdir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncü sıradadır.

Mənbə: report.az