Dünya çempionunun əlcəkləri oğurlandı

Dünya çempionunun  əlcəkləri  oğurlandı<span class="qirmizi"></span>

Naməlum şəxslər 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olan keçmiş qapıçı Dino Zoffun əlcəklərini oğurlayıb.

Lent.az bildirir ki, bu barədə "La Gazzetta dello Sport" xəbər verir.

Onlar Romada İtaliya millisinin 100 illiyinə həsr olunmuş xeyriyyə gecəsində sərgiləniblər.

Zoff 40 yaşında 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında milli komandanın kapitanı olub. Turnirin final oyununda İtaliya Qərbi Almaniyaya 3:1 hesabı ilə qalib gəlib. Zoff turnirin ən yaxşı qapıçısı seçilib.

Mənbə: lent.az