Bekhem Messi haqqında: “Onu bir çox səbəblərə görə sevirəm”

Bekhem  Messi haqqında:  “Onu bir çox səbəblərə görə sevirəm”<span class="qirmizi"></span>

"Real"in və "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Devid Bekhem argentinalı hücumçu Lionel Messini sevimli futbolçusu hesab etdiyini etiraf edib.

Lent.az bildirir ki, millinin heyətində PSJ-nin hücumçusu Qətərdə keçirilən son dünya çempionatının qalibi olub.

“Mən cəsarətlə Messini sevimli futbolçu adlandıracağam. Mən onu bir çox səbəblərə görə sevirəm. Leo fenomenal futbolçu olmaqla yanaşı, əla şəxsiyyətə malik gözəl atadır. Şadam ki, dünya çempionatı onun qələbəsi ilə başa çatdı, bu, inanılmazdır”, - Amerika mətbuatı Bekhemdən sitat gətirir.

Onu da əlavə edək ki, Qətərdəki dünya çempionatında Messi turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Dünya çempionatında yeddi oyun keçirib, yeddi qol vurub və üç məhsuldar ötürmə verib.

Mənbə: lent.az