Ronaldo "Əl-Nəsr"də ilk rəsmi qolunu vurdu

Ronaldo "Əl-Nəsr"də ilk rəsmi qolunu vurdu<span class="qirmizi"></span>

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

Qol.az xəbər verir ki, o, çempionatın 15-ci turunda "Əl-Fateh"lə matçda (2:2) penaltidən fərqlənib. Strat heyətdə meydana daxil olan və sona kimi oynayan 37 yaşlı hücumçu 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Bu nəticədən sonra "Əl-Nəsr" 34 xalla 1-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kriştiano 2022-ci ilin dekabrında “Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb. O, bundan əvvəl Səudiyyə Ərəbistanı klubu ilə iki rəsmi matçda qol vura bilməmişdi. Ronaldo "Əl-Nəsr" və "Əl-Hilal"ın futbolçularından ibarət komandasının PSJ ilə yoldaşlıq görüşündə isə dubla imza atmışdı (4:5).

Mənbə: qol.az