Salah 200-ə çatdı

İngiltərə Premyer Liqasının 22-ci turunda "Vulverhempton"la hazırda davam edən matç "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, o, komandanın heyətində Premyer Liqada 200-cü oyununa çıxıb.

Əvvəlki 199 görüşdə Salah 125 qol vurub və 54 qolun ötürməsini verib. Mohamed bu mövsüm bütün yarışlarda 30 oyunda 17 qol vurub və 7 qolun ötürməsini verib. Onunla klub arasında müqavilə 2025-ci ilin iyununa qədərdir. Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya-Ukrayna arasında əsir mübadiləsi baş tutdu

SONRAKI XƏBƏR

Tünzalənin məzar daşı üçün bu məşhur pul göndərdi - Ülviyyədən şok sözlər