“Sabah”ın braziliyalı müdafiəçisi Hiqor Qabrieli icarəyə verib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu karyerasını Ukraynanın “Lvov” klubunda davam etdirəcək. İcarə müqaviləsinin müddəti 2023-cü il, iyunun 30-na kimidir.
Qeyd edək ki, Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvüdür. O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib.