"Zirə"dən yeni transfer

“Zirə” heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, sözügedən klub Abbas İbrahimlə anlaşıb. Nigeriyalı yarımmüdafiəçi ilə 2,5 + 1 illik müqavilə imzalanılıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu daha əvvəl Portuqaliyanın “Pasuş de Ferreyra”, “Paredes” və “Arouka”nın formasını geyinib.

Xatırladaq ki, "Zirə" daha əvvəl Vladislav Kulaç və Donald Geryeni sıralarına cəlb edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Qubada qəza: ölən və yaralanan var

SONRAKI XƏBƏR

"Sabah" futbolçusunu icarəyə verdi