Dadaşov dubl etdi, komandası qalib gəldi

Dadaşov dubl etdi, komandası qalib gəldi<span class="qirmizi"></span>

Almaniya Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Rodinqhauzen”lə qarşılaşıb. "Şalke-2" bu oyunda qalib gəlib – 4:1.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 19 və 23-cü (penaltidən) dəqiqədə fərqlənməklə dubl edib.

Qeyd edək ki, “Şalke-2” ikinci komandası bu nəticədən sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Almaniya Qərb Regional Liqası, 21-ci tur

"Şalke-2" - “Rodinqhauzen” - 4:1

Qollar: Sisse, 4, 33, Dadaşov, 19, 23-pen - Meyer, 85

Mənbə: qol.az