Qadın şahmatçılar arasında ölkə çempionatının ilk turu məhsuldar olub

Qadın şahmatçılar arasında ölkə çempionatının ilk turu məhsuldar olub<span class="qirmizi"></span>

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.

“Report”un xəbərinə görə, birinci yarış günü məhsuldar alınıb, açılış turunda heç-heçə qeydə alınmayıb.

Birinci tur reytinq favorit olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb. Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub. Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub.

Z.Məmmədyarovanın bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyallə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.

Mənbə: report.az