38-i tamamlayan Ronaldonu klubları belə təbrik etdi - FOTO

38-i tamamlayan Ronaldonu klubları belə təbrik etdi - FOTO<span class="qirmizi"></span>

Bu gün portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun 38 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Ronaldo karyerası ərzində 5 dəfə - 2008,2013,2014,2016, 2017-ci illərdə "Qızıl top" mükafatının sahibi olub. O, "Sportinq", "Mançester Yunayted", "Real Madrid", "Yuventus" kimi klublarda oynayıb və onlarla birlikdə 30 kubok qazanıb. Ronaldo Portuqaliya millisi ilə "Avro 2016"nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub.

Keçmiş klubları Ronaldonu sosial şəbəkə hesablarında təbrik ediblər.

Təbrik paylaşımlarını təqdim edirik:

"Sportinq" klubu sabiq futbolçusu Kriştiano Ronaldonun doğum gününə xüsusi hədiyyə hazırlayıb. Belə ki, klub məhdud sayda hazırlanan, içində ulduz futbolçunun "Sportinq"dəki ilk matçında geyindiyi formanın bənzəri, aşağı yaş qrupları da daxil olmaqla Portuqaliya klubunda keçirdiyi 7 ildən bəhs edən kitabların olduğu qutuları satışa çıxarıb. Ronaldo üçün hazırlanan özəl hədiyyə 199 avroya satışa çıxarılıb. Xatırladaq ki, 38 yaşlı hücumçu aşağı yaş qruplarında oynadıqdan sonra 2002-ci ildə əsas komandada debüt edib. Ronaldo "Sportinq"dən 2003-cü ildə 15 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunub.

 

"Mançester Yunayted" 2003-2009 və 2021-2022-ci illərdə də "qırmızı şeytanlar"ın formasını geyinmiş portuqaliyalı ulduzun fotosunu paylaşaraq təbrik edib. Klubun 2021-2022 illərdə deyil, 2003-2009-cu illərdə komandada olarkən çəkilmiş fotosunu paylaşması müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ronaldo mançesterlilərlə üç dəfə İngiltərə çempionu, iki dəfə Liqa kubokunun, bir dəfə ölkə kubokunun, 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.

2018-ci ildə Madrid "Real"ında keçdiyi "Yuventus" klubu da Kriştianonu doğum günündə unutmayıb. Turin təmsilçisi sosial şəbəkə hesabından portuqaliyalı ulduzun fotosunu yayımlayaraq təbrik edib.

Son olaraq "Mançester Yunauted"dən qalmqallı şəkildə ayrılan, daha sonra "Əl-Nəsr"ə transfer olan Ronaldonu Səudiyyə Ərəbistanı klubu da sosial şəbəkə hesabında təbrik edib. Qeyd edək ki, Kriştiano "Əl-Nəsr" ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Mənbə: baku.ws