“Mançester Siti” “Tottenhem”ə məğlub oldu

“Mançester Siti” “Tottenhem”ə məğlub oldu<span class="qirmizi"></span>

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, "Mançester Siti" bu dəfə səfərdə "Tottenhem"lə qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Tottenhem"in qalibiyyət qolunu 15-ci dəqiqədə Harri Keyn vurub.

87-ci dəqiqədə London təmsilçisinin futbolçularından Kristian Romero qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Manmester Siti" hazırda turnir cədvəlində 45 xalla 2-ci (21 oyun), "Tottenhem" isə 39 xalla 5-cidir (22 oyun).

Mənbə: qol.az