Minifutbol turniri davam edir

Minifutbol turniri davam edir<span class="qirmizi"></span>

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir.

Yarışların növbəti turunda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təmsilçiləri ilə qarşılaşan İqtisadiyyat Nazirliyinin komandası 6:2 hesabı ilə qələbə qazanıb.

İqtisadiyyat Nazirliyinin komandası növbəti turda Dövlət Turizm Agentliyinin komandası ilə yarışacaq.

Mənbə: vergiler.az