Arda Turandan zəlzələ qurbanları üçün dünyaya yardım çağırışı

Arda Turandan zəlzələ qurbanları üçün dünyaya yardım çağırışı<span class="qirmizi"></span>

 

 

“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan zəlzələdən zərərçəkənlərə yardım etməyə çağırıb.

O, sosial media hesabından dünyaya səslənib.

“Türkiyə dördüncü səviyyəli həyəcan vəziyyəti elan edib. “4-cü səviyyə” həyəcan vəziyyəti beynəlxalq yardım çağırışını ehtiva edir. Dünyanın müxtəlif yerlərində olub bu mesajı oxuyanlar! Ölkəmdəki zəlzələdə dağıntılar altında qalan insanlarımızın xilas olması üçün sizin köməyinizə ehtiyacı var”, - futbolçu yazıb.

Mənbə: www.oxu.az