Ronaldo ad gününü səhrada qeyd etdi

Ronaldo ad gününü  səhrada  qeyd etdi<span class="qirmizi"></span>

“Əl-Nasr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ad gününü dostları ilə birlikdə səhrada qeyd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, fevralın 5-də portuqaliyalı futbolçunun 38 yaşı tamam olub.

Bundan əvvəl o, ailəsi ilə birlikdə ad gününü qeyd edib.

Ronaldo karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real”, İtaliyanın “Yuventus” klubunda çıxış edib, 30 titul qazanıb və 5 dəfə “Qızıl top”u alıb. Portuqaliya millisinin tərkibində Ronaldo Avropa çempionu və Millətlər Liqasının qalibi olub.

Mənbə: lent.az