İngiltərə Premyer Liqası “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda ittiham edir

İngiltərə Premyer Liqası “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda ittiham edir<span class="qirmizi"></span>

 

İngiltərənin “Mançester Siti” klubu 10 mövsümdən çox müddət ərzində İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham edilir.

Bu barədə Premyer Liqanın saytında yer alan məlumatda deyilib.

Qeyd olunub ki, bu pozuntular “Mançester Siti”nin sahibi şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahayyandın vaxtından yaranmağa başlayıb.

Belə ki, klubun maliyyə məlumatlarının təqdim edilməsində ciddi pozuntulara yol verilib.

Artıq pozuntulara dair məlumatlar müstəqil komissiyaya ötürülüb və komissiya baş vermiş maliyyə pozuntularını araşdıracaq.

Mənbə: Premierleague.com

Mənbə: www.oxu.az