"Sabah"dan darmadağın, "Turan Tovuz" 9 tur sonra qalib gəldi

"Sabah"dan darmadağın, "Turan Tovuz" 9 tur sonra qalib gəldi<span class="qirmizi"></span>

Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Turan Tovuz" "Şamaxı"nın qonağı olub və 1:0 hesablı qələbə qazanıb. Bu, Ayxan Abbasovun komandasının 12-ci turdan sonra ilk qələbəsi olub.

Turun son qarşılaşmasında "Sabah" "Səbail"i qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

6 fevral (bazar ertəsi)

18:00. “Sabah” – “Səbail” - 4:0

Qol: Coy Lens Mikels, 4, Davit Volkov, 10, 31, Emmanuel Apeh, 83

Qırmızı vərəqələr: Con İrasabal, 68 ("Sabah"), Rahid Əmirquliyev, 79 ("Səbail")

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov

“Bank Respublika Arena”

14:00. “Şamaxı” – “Turan Tovuz” - 0:1

Qol: Tərlan Quliyev, 54 (0:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Şamaxı şəhər stadionu

5 fevral (bazar)

18:30. “Neftçi” – “Sumqayıt” - 2:0

16:00. “Zirə” – “Qəbələ” - 2:2

4 fevral (şənbə)

“Kəpəz” – “Qarabağ” - 1:1

Mənbə: bizim.media