Noyer kapitanlıqdan məhrum edilir: Yeni lider o olacaq

Noyer  kapitanlıqdan  məhrum edilir: Yeni lider o olacaq<span class="qirmizi"></span>

"Bavariya"nın qapıçısı Manuel Noyer kapitan sarğısından məhrum ediləcək.

Lent.az bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, komandanın yeni lideri 27 yaşlı yarımmüdafiəçi Yozua Kimmix olacaq.

Qeyd olunur ki, sonuncu bu statusu Noyer sağalıb qayıdan kimi alacaq.
Xatırladaq ki, qapıçı xəstəxanaya düşüb, bu mövsüm bir daha oynamayacaq və bu yaxınlarda o, qalmaqallı müsahibə verərək, qapıçılar üzrə məşqçi Toni Topaloviçin işdən çıxarılmasına görə rəhbərliyi tənqid edib.

Mətbuatda yayılan xəbərlərə görə, Topaloviç baş məşqçi Julian Naqelsmann ilə münaqişəyə görə komandadan ayrılıb.

Bir müddət sonra Münhen nəhənginin idarə heyətinin sədri Oliver Kan Noyeri tənqid edərək, futbolçunun sözlərinin kapitan tituluna və “Bavariya”nın dəyərlərinə uyğun olmadığını qeyd edib.

Mənbə: lent.az