FIFA prezidenti Türkiyədə zəlzələ nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib

FIFA prezidenti Türkiyədə zəlzələ nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib<span class="qirmizi"></span>

FIFA prezidenti Canni İnfantino Türkiyə və Suriyada baş verən zəlzələlərdə həlak olanların ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi tviter hesabından paylaşım edilib.

Funksioner bu dönəmdə hər iki ölkənin xalqları ilə həmrəy olduqlarını və dəstəklərini ifadə etmək istədiklərini bildirib.

Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Mənbə: report.az