Türkiyədəki yarış ləğv olunduğu üçün Azərbaycan idmançıları Bakıya qayıdacaqlar

Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.

Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyəli professor dağılan binaların tikildiyi materialları dəyərləndirdi: “Qaydalara uyğun deyil” - VİDEO

SONRAKI XƏBƏR

Türkiyəli aktyor: “Ailəmin yarısı dağıntılar altında qalıb” - VİDEO