Daniel Laskau: "Azərbaycan cüdoçuları İJF Akademiyasında təhsillərini artıra bilərlər"

Daniel Laskau: "Azərbaycan cüdoçuları İJF Akademiyasında təhsillərini artıra bilərlər"<span class="qirmizi"></span>

"Azərbaycan cüdoçuları daha yaxşı nailiyyətlər üçün bizim akademiyamız vasitəsi ilə təhsillərini artıra bilərlər".

Bunu "Report"a açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının idman direktoru Daniel Laskau Bakıda təşkil olunan məşqçilik sertifikatı proqramının açılış mərasimində deyib.

Mütəxəssis Bakıda olmaqdan məmnunluğunu ifadə edib: "Burada iki həftəlik təlim keçəcəyik. IJF Akademiyası təsis edildiyi gündən bütün kontinentlərdə cüdonun yayılması və təşviq edilməsini qarşıya məqsəd qoyub".

Laskau Azərbaycan Cüdo Federasiyasının nisbətən gənc qurum olduğunu diqqətə çatdırıb: "Buna baxmayaraq, dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında gözəl nailiyyətlər, qızıl medallar qazanılıb. Biz biliklərimizi məktəb tələbələrinə, xüsusi internatda oxuyanlara, həm də peşəkar cüdoçulara da təşviq edə bilərik".

Mənbə: report.az