Nəriman Abbasov: "Son məğlubiyyətdən sonra yatmıram, ancaq məşq edirəm"

Nəriman Abbasov: "Son məğlubiyyətdən sonra yatmıram, ancaq məşq edirəm"<span class="qirmizi"></span>

"Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə məğlubiyyətdən sonra heç yatmıram, ancaq məşq edirəm".

"Report"un məlumatına görə, bunu Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasov Qazaxıstandakı "Naiza Fighting Championship" turnirində yerli Fanil Rafikovla keçirəcəyi döyüşdən öncə "Vestnik MMA" nəşrinə müsahibəsində deyib.

29 yaşlı döyüşçü növbəti görüşünə ciddi hazırlaşdığını bildirib: "Rafikov haqqında eşitmişəm. Həmçinin, döyüşünü izləmişəm. "Naiza Fighting Championship"in qalibi olub. Ona döyüşçü kimi hörmət edirəm".

Çimkend şəhərində anadan olduğunu xatırladan Abbasov Qazaxıstanı ikinci evi adlandırıb: "10 yaşım olanda Bakıya köçmüşük. Buradakı qohumlarım məni dəstəkləməyə gələcəklər. İkinci evimdə necə çıxış edəcəyəm? İnanıram ki, zal dolu olacaq".

Təcrübəli idmançı qazax dilini bildiyini söyləyib: "Orada həmişə rusca danışırdılar. Amma qazax dilini bir az başa düşürəm. Qazaxıstana gedəndə yaxınlarıma baş çəkirəm. Döyüşdən sonra qohumlarımın yanına gedəcəyəm".

Qeyd edək ki, Nəriman Abbasov və Fanil Rafikov arasında döyüş bu ilin martında baş tutacaq.

Mənbə: report.az