PSJ İkardiyə yeni şans verəcək: "Qalatasaray"dakı uğurlu çıxışından sonra

PSJ-nin hücumçusu Mauro İkardi icarə əsasında çıxış etdiyi "Qalatasaray"dan qayıtdıqdan sonra Fransa klubunda yeni şans qazana bilər.

Lent.az-ın bildirir ki, bu barədə “Relevo” məlumat yayıb. Mənbənin sözlərinə görə, PSJ-nin qərarına İkardinin Türkiyədə göstərdiyi uğurlu oyun təsir edib.

29 yaşlı İkardi 2019-cu ilin sentyabrında PSJ-yə keçib. Onun transferi üçün parislilər "İnter"ə 50 milyon avro ödəyib.

Argentinalı futbolçu 2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edir. Türkiyə komandasının heyətində İkardi 13 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib. İkardinin PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada yaşayış binasında PARTLAYIŞ:   5 nəfər ölüb

SONRAKI XƏBƏR

BP-nin illik gəliri iki dəfə artdı