"Gent"i "Qarabağ"la Bakıdakı oyunda 40-dək azarkeş dəstəkləyəcək

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq "Gent"i dəstəkləmək üçün Belçikadan Bakıya 40-dək azarkeş gələcək.

Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

Səfərin qiyməti barədə informasiya verilməsə də, bunun elə də ucuz başa gəlmədiyi bildirilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Keyta Bundesliqaya qayıdır

SONRAKI XƏBƏR

Fransa və Ermənistanda da "zəlzələ" oldu: Fransız-erməni tandeminin əxlaqsız zehniyyəti silkələndi