"Qalatasaray" keçmiş oyunçusu dövlətə səsləndi: "Nolar, yalvarıram sizə, Hatayı taleyin ümidinə buraxmayın..."

Türkiyə milli komandası ilə "Qalatasaray" keçmiş oyunçusu əslən hataylı Gökhan Zan bu gün növbəti dəfə dövlət qurumlarına və xalqa çağırış edib.

Mia.az xəbər verir ki, o, bu dəfə də yardım tələb edib.

keçmiş furtbolçu dağıntıların qarşısından video-paylaşım edərək, biganəliyə var gücüylə bağırmaqla üsyan edib: "Hatay taleyinə buraxılıb, yardımm gözləyirik, Allahını sevən buraya gəlsin, Yalvarıram sizə".

Zan qeyd edib ki, Maşuklu, Armutlu, Güzelburç, Samandağı və bütövlükdə Hatayda vəziyyət çox acınacaqlıdır: "Xalq burada öz gücü ilə nələrsə etməyə çalışır. Kimsə yoxdur. Nə olar, səsimizi eşidin..."

Xatırladaq ki, Gökhan Zan dünən ağlaya-ağlaya dövlətdən təcili kömək istəyib.

Fərid,

Mia.az

Mia.az

ƏVVƏLKİ XƏBƏR

Əfv Komissiyası toplandı: daha 100-dən çox müraciət araşdırıldı

SONRAKI XƏBƏR

Cahit Bağçı dəstəyə görə Azərbaycana təşəkkür etdi