Millimizin üzvü Niderlandda göz yaşlarını saxlaya bilmədi - VİDEO

Millimizin üzvü Niderlandda göz yaşlarını saxlaya bilmədi - VİDEO<span class="qirmizi"></span>

Azərbaycan millisinin türk əsilli üzvü Ozan Can Kökçü bir dəqiqəlik sükut zamanı göz yaşlarını saxlaya ola bilməyib.

Offsideplus.az xəbər verir ki, Niderland İkinci Liqasında baş tutan "Villem II" - "Eyndhoven" matçından öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Eyndhoven"də çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü həmin an kövrəlib.

Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətdə çıxan Ozan sonadək oynayıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Mənbə: www.musavat.com