Azərbaycan millisində çıxış etmiş futbolçu MDB yığmasında yer alacaq – FOTO

Azərbaycan millisində çıxış etmiş futbolçu MDB yığmasında yer alacaq – FOTO<span class="qirmizi"></span>

Rusiyada Yeryomenko adına Əfsanələri Kubokunun başlanmasına az qalıb.

Artıq turnirdə iştirak edəcək dörd komandanın heyətləri açıqlanıb.

Vaxtilə Azərbaycan millisində çıxış edən, eləcə də “Neftçi”, “Anji” və “Trabzonspor”dakı oyunu ilə yadda qalan Vyaçeslav Lıçkin bu dəfə MDB yığmasında forma geyəcək.

49 yaşlı idmançı ilə yanaşı turnirdə Latın Amerikası ölkələrinin komandasında Dominqes, Maykon və Luqano, Ulduzlar komandasında Kambiasso, həmçinin Avropanın əfsanələri komandasında Kabze, Fevzi və Xaspolatlı kimi oyunçular çıxış edəcəklər.

Qeyd edək ki, turnir fevralın 11-də başlayacaq.

Mənbə: matchtv.ru

Mənbə: www.oxu.az