Ten Haq "Mançester Yunayted"lə yeni müqavilə imzalayır

Ten Haq "Mançester Yunayted"lə yeni müqavilə imzalayır<span class="qirmizi"></span>

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla yeni müqavilə imzalayacaq.

Qol.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Bildirilib ki, Mançester təmsilçisinin yeni sahibinin kim olmasından asılı olmayaraq, niderlandlı mütəxəssis istənilən halda müqavilə ilə mükafatlandırılacaq. O, komandada nizam-intizamı bərpa edə bilib. Hücumçu Kriştiano Ronaldonun yoxluğunda onun metodları klubu heyran edib.

Qeyd edək ki, Ten Haq bu mövsümün əvvəlindən "Mançester Yunayted"i çalışdırır.

Mənbə: qol.az