Bakı İdman Sarayında "Boccia idman növü üzrə Heydər Əliyev turniri"nin final mərhələsi keçirilib.
Boccia İdman Federasiyasından “Report”a bildirilib ki, turnirin qalibləri təlyif olunublar.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Boccia Federasiyasının prezidenti Vüqar Behbudov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov giriş sözləri ilə tədbiri açıq elan ediblər. Azərbaycan himninin sədaları altında start götürən final mərhələsinin nəticələrinə əsasən:
Uşaq paralimpiyası üzrə:
I yer Əzizzadə Cavanşir
II yer Rəhimova Zərnişan
III yer Əliyeva Qənirə
BC1 kateqoriyası üzrə qızlar:
I yer Şəfəqqətzadə Röya
II yer Qurbanova Aytac
III yer Kərimli Sevda
BC1 kateqoriyası üzrə oğlanlar:
I yer Hüseynov Vüqar
II yer Priquliyev Nəriman
III yer Məmmədov Mehman
BC2 kateqoriyası üzrə qızlar:
I yer Ağayeva Sona
II yer Məmmədova Münəvvər
III yer Qasımlı Türkan
BC2 kateqoriyası üzrə oğlanlar:
I yer Canıyev Qalib
II yer Qəribov Fuad
III yer Kərimov Orxan
BC3 kateqoriyası üzrə:
I yer Samir Süleymanov
II yer Ramil Babayev
III yer Zemfira Məcnunova
BC4 kateqoriyası üzrə qızlar:
I yer Ağayeva Nərmin
II yer Hüseynli Xəyalə
III yer Həziyeva Aytac
BC4 kateqoriyası üzrə oğlanlar:
I yer Veysəlov Zaur
II yer İslamov Xəyal
III yer İsmayılov Adil
BC5 kateqoriyası üzrə qızlar:
I yer Mehdiyeva Aytac
II yer Məmmədəliyeva Əfsanə
III yer Əzimova Nənəxanım
BC5 kateqoriyası üzrə oğlanlar:
I yer Hüseynov Rüfət
II yer Əliyev Ramid
III yer Ağabalayev Fərid elan edilib.
Adları çəkilən idmançılar I, II, III yerlərə layiq görülərək medal, kubok və hədiyyələrlə təltif olunublar.