"Yuventus" "Barselona"ya sərfəli təklif göndərdi

"Yuventus" "Barselona"ya sərfəli təklif göndərdi<span class="qirmizi"></span>

"Yuventus" "Barselona"nın futbolçusu Frank Kessyeni heyətinə cəlb etməkdə maraqlıdır.

Press.az xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə futbolçularını dəyişdirməyi təklif edib. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Xəbərə görə, "qoca sinyora" Kataloniya təmsilçisinə hazırda "Çelsi"də icarə əsasında çıxış edən Denis Zakariyanı təklif edəcək.

Mənbənin verdiyi məlumatda o da qeyd edilir ki, Kessyen daha öncə "Milan"da forma geyindiyi üçün "Yuventus" futbolçunun uyğunlaşmada heç bir çətinlik çəkməyəcəyini düşünür.

Qeyd edək ki, Kot-Divuar millisinin üzvü cari mövsüm "Barselona"da bütün türnirlərdə 32 oyun keçirib, 3 qol və 3 asisstlə yadda qalıb.

Mənbə: press.az