“Latsio” İtaliya A seriyasının 27-ci turunda “Roma”nı məğlub edən (1:0) "Latsio" uzun müddətdir davam edən sindromu qırıb.
Qol.az xəbər verir ki, “qartallar” 2011/12 mövsümündən sonra ilk dəfə ölkə çempionatının hər iki matçında (1:0, 1:0) “canavarlar”a qalib gəlməyi bacarıb.
Qeyd edək ki, “Latsio” hazırda İtaliya çempionatının turnir cədvəlində 52 xalla ikinci, “Roma” isə 47 xalla beşincidir.