"Qalatasaray"a transfer cəzası

"Qalatasaray"a transfer cəzası<span class="qirmizi"></span>

FİFA "Qalatasaray"ı transfer qadağası ilə cəzalandırıb.

Qol.az "Sabah"a istinadən xəbər verir ki, buna futbolçu Sofyan Fequlinin İstanbul təmsilçisinə qarşı etdiyi müraciətə FİFA-nın müsbət cavab verməsi səbəb olub. Beləliklə, "Qalatasaray" futbolçuya son 3 aylıq maaşı, mükafat və bonusların da yer aldığı 1 milyon 600 min avro ödəyəcək. Bundan başqa, klub transfer qadağası ilə cəzalandırılıb. İstanbul təmsilçisi əlcəzairli oyunçuya qeyd olunan məbləği ödəməsə, yay transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.

Qeyd edək ki, Fequli ötən mövsümün sonu müqaviləsi başa çatdığı üçün "Qalatasaray"dan ayrılmışdı.

Mənbə: qol.az