Avropa çempionatı: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, yığma Fransa seçməsi ilə üz-üzə gələcək.

Bosniya Herseqovinada təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 5-ci qrupun digər matçında Yunanıstan meydan sahibləri ilə görüşəcək.

20:00. Fransa – Azərbaycan

Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

Report.az

ƏVVƏLKİ XƏBƏR

İran Təbrizdəki aviabazasını tam hazırlıq vəziyyətinə GƏTİRDİ

SONRAKI XƏBƏR

Si Cinpinin Rusiyaya səfərinə ABŞ-dan reaksiya