“Turan Tovuz” panamalının transferini AÇIQLANDI

“Turan Tovuz” panamalının transferini  AÇIQLANDI<span class="qirmizi"></span>

“Turan Tovuz” yeni transferini açıqlayıb.

Manset.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Tovuz təmsilçisi Panama millisinin üzvü Roderik Millerlə müqavilə imzalayıb.

Hələ ki, müqavilənin şərtləri barədə məlumat verilməyib.

Müdafiəçinin son klubu İraqın “Əl-Mina” klubu olub.

O, bundan əvvəl “Atletiko Nasyonal”, “Feyrense”, “Okjetpes”, “San-Fransisko” klublarında oynayıb.

Mənbə: manset.az