Serbin əxlaqsız hərəkəti – Kökçü onun əlini niyə sıxmayıb?

Niderland çempionatında qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, “Ayaks”ın kapitanı Duşan Tadiç Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sarğı taxmaqdan imtina edib.

Türkiyənin “Feyenoord” klubunun futbolçusu Orkan Kökçü “Ayaks”ın kapitanı Duşan Tadiçin əlini sıxmayıb. Televiziya kameralarının obyektivlərinə düşən bu an müzakirələrə yol açıb.

Türkiyənin “Sabah” nəşri yazıb ki, Kökçünün belə hərəkətinə səbəb Tadiçin zəlzələ qurbanlarının xatirəsinə kapitan sarğısı taxmaqdan imtina etməsidir.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Macarıstan qaçqın axınının artacağını gözləyir

SONRAKI XƏBƏR

Azərbaycanda stadionu satdılar